Taxıl  biçini  yekunlaşmaq  üzrədir  (Ağdamda)Taxıl biçini yekunlaşmaq üzrədir (Ağdamda)Ağdamda  seçki öncəsi  görüş  keçirilmişdir.Ağdamda seçki öncəsi görüş keçirilmişdir.''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənir''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənirBugün Şəhid İsmayılov Seyfəddin Gülağa oğlunun doğum günündürBugün Şəhid İsmayılov Seyfəddin Gülağa oğlunun doğum günündürƏməkdar məşqçi yetirmələrinə görə ölkə başçısına müraciət etdi – FOTO+VİDEOƏməkdar məşqçi yetirmələrinə görə ölkə başçısına müraciət etdi – FOTO+VİDEO“Layihələrimiz vətəndaşların maraqlarını qorumağa yönəlib”“Layihələrimiz vətəndaşların maraqlarını qorumağa yönəlib”Prezidentdən Ağdamla bağlı sərəncamPrezidentdən Ağdamla bağlı sərəncamMübariz Qurbanlı: Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"Maşınla vurulan 15 yaşlı qız ölüb - AğdamdaMaşınla vurulan 15 yaşlı qız ölüb - AğdamdaKürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEOKürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEOBərdədə  köçkünlərin  su  problemiBərdədə köçkünlərin su problemiSumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)Sumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)Şəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTOŞəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTOAğdamın işğalından 24 il keçir - FOTOLARAğdamın işğalından 24 il keçir - FOTOLARNazirlik ekologiyanı korlayanları CƏRİMƏLƏDİNazirlik ekologiyanı korlayanları CƏRİMƏLƏDİBakıda dava: bir nəfər güllələndi – VİDEOBakıda dava: bir nəfər güllələndi – VİDEOPrezident jurnalistlər üçün tikilən yeni binadaPrezident jurnalistlər üçün tikilən yeni binadaZəhra son mənzilə yola salındı - Alxanlıdan FOTOLARZəhra son mənzilə yola salındı - Alxanlıdan FOTOLARHeydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLARHeydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLARHərbi parad zamanı tank işıq dirəyinə çırpıldı - VİDEOHərbi parad zamanı tank işıq dirəyinə çırpıldı - VİDEOXalq artisti Qəndab Quliyeva vəfat etdiXalq artisti Qəndab Quliyeva vəfat etdiİlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıbİlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıbİlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edibİlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edibBakıda biznes mərkəzində faciə: ölən varBakıda biznes mərkəzində faciə: ölən varPrezident  sərəncam  imzaladıPrezident sərəncam imzaladıİyunun 23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı.İyunun 23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı.25-26 iyunda gözlənilən hava şəraiti25-26 iyunda gözlənilən hava şəraitiİlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edibİlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edibBakıda yolu nazlana-nazlana keçən qızı qatar belə vurdu - Həmin anın VİDEOSUBakıda yolu nazlana-nazlana keçən qızı qatar belə vurdu - Həmin anın VİDEOSUQarpız üçün bazara gedənlərin nəzərinə: Ehtiyatlı olun – VİDEOQarpız üçün bazara gedənlərin nəzərinə: Ehtiyatlı olun – VİDEOPrezident  İlham  Əliyev  Şirvan şəhərinə səfər  edibPrezident İlham Əliyev Şirvan şəhərinə səfər edibI vitse-prezidentdən şəhidin krediti məsələsinə reaksiya - Borc bağlandıI vitse-prezidentdən şəhidin krediti məsələsinə reaksiya - Borc bağlandı23 iyunda gözlənilən hava şəraiti23 iyunda gözlənilən hava şəraitiAzərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərAzərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərİlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olubİlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olubBakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumatBakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumatAleksandr Lapşinin məhkəməsi başlayıbAleksandr Lapşinin məhkəməsi başlayıb“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıbİxtisas  seçimin   nəticələri  açıqlandıİxtisas seçimin nəticələri açıqlandıDaha bir məşhur futbolçu həbs olunduDaha bir məşhur futbolçu həbs olundu
» Xalqımızın sağlamlığını bərpa edən Mərkəzi Neftçilər Xəstəxanası

Xalqımızın sağlamlığını bərpa edən Mərkəzi Neftçilər Xəstəxanası

1-11-2017, 11:14
Müəllif: piartvaz
Baxılıb: 34
Şərh: 0
Çap üçün
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Bu gün MNX istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Burada son texnologiyalar tətbiq edilir, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Azərbaycan səhiyyəsinin inkişafında öz töhfəsini verən, dəfələrlə ilkə imza atan MNX – nın mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq hər bir xəstəliyin çarəsini tapmaq üçün digər ölkələrin klinikalarına deyil, məhz MNX-na üz tuta bilələr. Daimi inkişaf kursu Məhz bu səbəblərdən Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrlərə əsasən əhaliyə göstərilən tibb xidmətlərinə görə Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”-ı ilə təltif edilmişdir. Xəstəxananın ən önəmli cəhətlərdən biri də Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olmasıdır. Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir. Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr fəaliyyət göstərir. MNX-na xaricdən dəvət olunan ekspertlər, tibb uzmanları azərbaycanlı həmkarlarını diaqnostika, müalicə və reabilitasiyanın müasir üsulları ilə tanış edirlər. Xəstəyə müəyyən edilmiş standartlara və müasir tələblərə uyğun olaraq tibbi yardımın göstərilməsi üçün, ekspertlər həm nəzəriyyə, həm praktiki təlimlər keçirirlər. MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə tibbi və dərman yardımı almasına təminat verir. MNX və olkəmizin digər nüfuzlu tibb müəssisələrini kütləvi informasiya vasitələrində haqsız tənqidə məruz qoyan mövzulardan biri də toibb i sığorta məsələsinin vətəndaşlar tərəfindən bir çox hallarda düzgün qavranılmamasıdır. Bəzən olur ki, sığortalı vətəndaşlar öz işlədikləri müəssisələrin sığorta şirkətinə vəsait ödəmədiyinə görə və ya sığorta şirkətinin xəstəxanaya pul köçürmədiyinə görə tibbi xidmətdən yararlana bilmir, sonra da haqsız olaraq, MNX-dan narazı qalırlar. Burada xatırlatmağa dəyər ki, Azərbaycanda ilk tibbi sığorta şirkəti olan “Şəfəq” 1998-ci ildə yaradılıb. Dünyada sürətlə inkişaf edən tibb sahəsinin əksər yeniliklərini Azərbaycanda ilk tətbiq edən MNX-sı ilk tibbi sığorta şirkəti ilə həmin il iş birliyi qurmuşdu. Hazırda MNX-sının Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi bir sıra sığorta şirkətləri ilə əməkdaşlıq edir. Yaxın zamanlarda universal sağlamlıq sığortası təqdim olunacaq və keçirilən islahatlar zamanın tələbinə uyğun olunacaq. MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır. Maliyyə şəffaflığı təmin olunur Marketinq şöbəsinin vəzifələrinə həmçinin xəstəxanaya müraciət edən xəstələrin qəbulunun təşkili, tibbi xidmətlər və qiymətlər barədə ətraflı məlumatlandırılması və nəzarət edilməsi və s. kimi öhdəliklər daxildir. Burada korrupsiya üçün heç bir zəmin yoxdur. Təmin olunmuş tam şəffaflıq şəraitində həkimlər göstərdikləri xidmətin müqabilində müəssisənin hesabına köçürülmüş maliyyə vəsaiti və onlara düşən əmək haqqı barədə məlumat alır, plastik kartları ilə bankdan pul çıxara bilirlər. Səhiyyə Nazirliyinin balansında təsərrüfat hesabı ilə fəaliyyət göstərən müəssisənin maliyyə baxımından idarə edilməsində insan amilinə böyük önəm verildiyindən, xəstələrə yararlandıqları tibbi xidmətin haqqını müalicənin və ya əməliyyatın başa çatmasından sonrakı aylarda da tədricən ödəyə bilmələri üçün imkan yaradılır. MNX-da şəhid ailələrinin, qaşqın və məcburi köçkünlərin, müharibə əlilləri və veteranlarının müraciətlərinə həssas yanaşılır, güzəştlər tətbiq olunur. Xəstəxananın Poliklinikasında bayram və əlamətdar günlər ilə əlaqədar “Açıq qapı” günləri keçirilir. Belə aksiyalar çərçivəsində bütün həkim heyəti iş günü ərzində ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərirlər. Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir Hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi Layihəsinə imza atılıb. 2010-cu ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan Türkiyənin “Esim Software” şirkəti tərəfindən idarə edilən xəstəxana sözügedən layihənin həyata keçirilməsinə başlayıb. “Esim Software” şirkətinin OTOMATİP xəstəxana informasiya sistemi hazırda uğurla tətbiq edilərək Mərkəzi Neftçilər Xəstəxanasının tam istifadəsinə verilib. “Bizim xəstəxana yeniliklərə daim açıq olan bir müəssisədir və sözügedən layihənin tətbiqi buna sübutdur. Ümumiyyətlə, bu layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb. Belə ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası gələmlə yazı işindən 80-85% imtina edib, hədəfimiz isə xəstəxananı tam kompüterləşdirməkdir və düşünürəm ki, cari ilin sonunadək bu proses tam başa çatacaq, Ümumiyyətlə, məqsədimiz tam rəqəmsal xəstəxanaya çevrilməkdir”, – deyə xəstəxananın baş direktoru xanım Leyla Seyidbəyli KİV-ə bildirib. L.Seyidbəyli onu da əlavə edib ki, əgər bundan öncə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan hər bir xəstənin kağız qovluğunda saxlanılan ayrıca uçot kitabçası var idisə, hazırda bütün uçot kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib: “Bizim xəstəxanada 1 000-dən artıq işçi çalışır ki, onların hamısı müasir avadanlıq və sistemdən istifadə etmək üçün lazımi təlimlərdən keçib. Hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir və bu ilin sonunadək sözügedən layihə bütün şöbələri tam əhatə edəcək. Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən artıq digər modulların tətəbiqinə başlamışıq, yaxın gələcəkdə isə layihənin bütün 30 modulu tətbiq olunacaq”. OTOMATİP sistemi müasir xəstəxana idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sistemin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb. “NFC xəstə biləkliyi” və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur. Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var. Qadın rəhbər olan yerdə… Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Keçirilən seçkilərdə ölkə parlamentinə, bələdiyyələrə seçilən qadınların sayı getdikcə artır. Bütün bunlar qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllim, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, idarəetmə işinə də maraq göstərirlər. Sağlam rəqabət şəraitində rəhbər mövqelər tutmaqda həlledici amil kişi və ya qadın olmaq deyil, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblikdir. İstər təyinatla, istərsə də seçkili qaydada tutulan bu və ya digər vəzifələrə namizədlərdən söhbət gedəndə məhz bu xüsusiyyətlər nəzərə alınmalıdır. Məhz bu və diğər üstün xüsusiyyətləri nəzərə alınaraq, MNX-da baş direktor vəzifəsi tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyliyə etibar edilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin rəisi işləmiş Leyla xanımın fəaliyyəti həmişə həm rəhbərlik, həm respublikanın səhiyyə ictimaiyyəti, həm də ona işi düşən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir. MNX-da rəhbər vəzifənin icrasına başladığı ilk vaxtlarda verdiyi vədləri, açıqladığı proqnozları davamlı surətdə yerinə yetirən baş direktor ona etibar edilmiş işin öhdəsindən layiqincə gəlmiş, göstərilən etimadı doğrultmuşdur.


Vidadi
Şərh yazın
Adınız: *
E-mail: *
Mətn:
Kod: Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu daxil edin: