Taxıl  biçini  yekunlaşmaq  üzrədir  (Ağdamda)Taxıl biçini yekunlaşmaq üzrədir (Ağdamda)Ağdamda  seçki öncəsi  görüş  keçirilmişdir.Ağdamda seçki öncəsi görüş keçirilmişdir.''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənir''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənirBugün Şəhid İsmayılov Seyfəddin Gülağa oğlunun doğum günündürBugün Şəhid İsmayılov Seyfəddin Gülağa oğlunun doğum günündürƏməkdar məşqçi yetirmələrinə görə ölkə başçısına müraciət etdi – FOTO+VİDEOƏməkdar məşqçi yetirmələrinə görə ölkə başçısına müraciət etdi – FOTO+VİDEO“Layihələrimiz vətəndaşların maraqlarını qorumağa yönəlib”“Layihələrimiz vətəndaşların maraqlarını qorumağa yönəlib”Prezidentdən Ağdamla bağlı sərəncamPrezidentdən Ağdamla bağlı sərəncamMübariz Qurbanlı: Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"Maşınla vurulan 15 yaşlı qız ölüb - AğdamdaMaşınla vurulan 15 yaşlı qız ölüb - AğdamdaKürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEOKürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEOBərdədə  köçkünlərin  su  problemiBərdədə köçkünlərin su problemiSumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)Sumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)Şəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTOŞəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTOAğdamın işğalından 24 il keçir - FOTOLARAğdamın işğalından 24 il keçir - FOTOLARNazirlik ekologiyanı korlayanları CƏRİMƏLƏDİNazirlik ekologiyanı korlayanları CƏRİMƏLƏDİBakıda dava: bir nəfər güllələndi – VİDEOBakıda dava: bir nəfər güllələndi – VİDEOPrezident jurnalistlər üçün tikilən yeni binadaPrezident jurnalistlər üçün tikilən yeni binadaZəhra son mənzilə yola salındı - Alxanlıdan FOTOLARZəhra son mənzilə yola salındı - Alxanlıdan FOTOLARHeydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLARHeydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLARHərbi parad zamanı tank işıq dirəyinə çırpıldı - VİDEOHərbi parad zamanı tank işıq dirəyinə çırpıldı - VİDEOXalq artisti Qəndab Quliyeva vəfat etdiXalq artisti Qəndab Quliyeva vəfat etdiİlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıbİlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıbİlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edibİlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edibBakıda biznes mərkəzində faciə: ölən varBakıda biznes mərkəzində faciə: ölən varPrezident  sərəncam  imzaladıPrezident sərəncam imzaladıİyunun 23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı.İyunun 23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı.25-26 iyunda gözlənilən hava şəraiti25-26 iyunda gözlənilən hava şəraitiİlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edibİlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edibBakıda yolu nazlana-nazlana keçən qızı qatar belə vurdu - Həmin anın VİDEOSUBakıda yolu nazlana-nazlana keçən qızı qatar belə vurdu - Həmin anın VİDEOSUQarpız üçün bazara gedənlərin nəzərinə: Ehtiyatlı olun – VİDEOQarpız üçün bazara gedənlərin nəzərinə: Ehtiyatlı olun – VİDEOPrezident  İlham  Əliyev  Şirvan şəhərinə səfər  edibPrezident İlham Əliyev Şirvan şəhərinə səfər edibI vitse-prezidentdən şəhidin krediti məsələsinə reaksiya - Borc bağlandıI vitse-prezidentdən şəhidin krediti məsələsinə reaksiya - Borc bağlandı23 iyunda gözlənilən hava şəraiti23 iyunda gözlənilən hava şəraitiAzərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərAzərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərİlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olubİlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olubBakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumatBakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumatAleksandr Lapşinin məhkəməsi başlayıbAleksandr Lapşinin məhkəməsi başlayıb“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıbİxtisas  seçimin   nəticələri  açıqlandıİxtisas seçimin nəticələri açıqlandıDaha bir məşhur futbolçu həbs olunduDaha bir məşhur futbolçu həbs olundu
» » Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

23-06-2017, 20:41
Müəllif: piartvaz
Baxılıb: 61
Şərh: 0
Çap üçün
  Piartv.com  Azərbaycan  Respublikasının  Prezidentinin  rəsmi  saytına  istinadən xəbər  verir ki, Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Mübarək Ramazan günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.
Bu il Ramazan ayı ölkəmizin həyatında bir sıra əlamətdar hadisələrlə eyni vaxta təsadüf etmişdir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, eyni zamanda, etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı olan ölkəmizin sivilizasiyalararası dialoq forumları kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi hazırkı narahat dünyamızda Azərbaycan dövlətinin sülh və təhlükəsizlik işinə verdiyi dəyərli töhfələrdir. Biz bəşəriyyətin gələcəyini hədəf alan hər cür qlobal təhdid və təhlükələrə qarşı ardıcıl mübarizəmizi, dialoq və həmrəylik təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik.
Əziz bacı və qardaşlarım!
Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğu ilə keçirilən orucluq mərasimləri cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram!
Ramazan bayramınız mübarək olsun!
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2017-ci il.
Şərh yazın
Adınız: *
E-mail: *
Mətn:
Kod: Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu daxil edin: