DataLife Engine > Cəmiyyət / Video / Manşet / Seçilmiş > Xalq artisti Qəndab Quliyeva vəfat etdi

Xalq artisti Qəndab Quliyeva vəfat etdi


26-06-2017, 13:59. Разместил: piartvaz  














Azərbaycan Respublikasının xalq artisti, məşhur xanəndə Qəndab Quliyevanın ölüm xəbəri təsdiqlənib.

Piartv.com Modern.az-a istinadən  verdiyi   məlumatına görə, Xalq artistinin oğlu Hafiz Həmidov xəbərin artıq doğru olduğunu bildirib.

Qəndab Quliyeva uzun müddət idi ürək çatışmazlığından əziyyət çəkirdi. O, iyunun 16-dan Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin reanimasiyasına yerləşdirilmişdi. Bir neçə gündür burada süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalan Qəndab Quliyeva bu gün səhər saatlarında həkimlərin tövsiyəsi ilə evinə yola salınıb.
Ailəsi onun son nəfəsində evində olmasını məsləhət bilib.


Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.


Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-“Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-“Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-“Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-“Vaqif”) rollarını yaratmışdı.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə - Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğamını təbliğ etmişdi. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Seygah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları AzTV-nin Fondunda saxlanılır.


Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilib. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olurdu. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyirdi.



Allah rəhmət eləsin...
 






Вернуться назад