DataLife Engine > Cəmiyyət / Video / Manşet / Seçilmiş > Şəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTO

Şəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTO


31-07-2017, 20:38. Разместил: piartvaz  

















İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün dəfn olunub.

 Piartv.com  APA-ya  istinadən xəbər verir ki, Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn edilib.
Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin zabit heyəti, Cəlilabad Rayon İcra Hakimiyyətinin numayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun ailəsinə təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub.

ALLAH   rəhmət  eləsin.

   
Вернуться назад