DataLife Engine > Cəmiyyət / Manşet / Seçilmiş > Bərdədə köçkünlərin su problemi

Bərdədə köçkünlərin su problemi


29-08-2017, 22:35. Разместил: piartvaz  









                                                                       Bu  günlərdə  Bərdə  rayonunun Həsənqaya  kənd  ərazisində  məskunlaşmış  aşağıda  adları  qeyd  edilmiş  məcburi  köçkün  tərəfindən redaksiyamıza  şikayət   məktubu  daxil olmuşdur.  
1) Tağıyev  İlyas  Yaqub oğlu
2) Novruzov Elşən Musa  oğlu
3) İsmayılov  Elşad  Tanrıverdi  oğlu
4) Balakişiyev Elman  Telman oğlu
5) Səfərov  Niyaməddin  Məhyəddin oğlu

Şikayət  məktubunda  deyilir:
"Məskunlaşdığımız  Bərdə  rayonu Həsənqaya  kəndindəki 866  ailəlik  çoxmərtəbəli  yaşayış binalarında  su  problemi dözülməz  problemlə  çevrilmişdir. Beləliklə  qəsəbəyə  verilən  içməli  su çirkab  suları  ilə  əhatələnmiş  kanal suyu oldugundan,  yəni  təmizlənmədən qəsəbəyə verildiyinə görə  müxtəlif   növ  infeksion  xəstəliklərin   yaranmasına  səbəb  olmuşdur. Lakin,  biz məcburi  köçkünlər  tərəfindən aidiyyatı  orqanlara dəfələrlə  müraciət  etməyimizə  baxmayaraq, nədənsə  bu məsələyə  biganə  yanaşırlar. Biz  vətəndaşlar aidiyyatı  qurumlardan artıq  dərəcədə  xahiş  edirik  ki,  iki ədəd  artezain  quyusunu  vurmaqla, burada  yaşayan  866  ailənin  su  problemini  həll  etmiş  olarlar. İnanırıq ki,  aidiyyatı  qurumlardan  səsimizə  səs  verecəklər".
Qarşı  tərəfinin   mövqeyini  dərc  etməyə  hazırıq.

Fuad
Вернуться назад