Taxıl  biçini  yekunlaşmaq  üzrədir  (Ağdamda)Taxıl biçini yekunlaşmaq üzrədir (Ağdamda)Ağdamda  seçki öncəsi  görüş  keçirilmişdir.Ağdamda seçki öncəsi görüş keçirilmişdir.''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənir''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənirBugün Şəhid İsmayılov Seyfəddin Gülağa oğlunun doğum günündürBugün Şəhid İsmayılov Seyfəddin Gülağa oğlunun doğum günündürƏməkdar məşqçi yetirmələrinə görə ölkə başçısına müraciət etdi – FOTO+VİDEOƏməkdar məşqçi yetirmələrinə görə ölkə başçısına müraciət etdi – FOTO+VİDEO“Layihələrimiz vətəndaşların maraqlarını qorumağa yönəlib”“Layihələrimiz vətəndaşların maraqlarını qorumağa yönəlib”Prezidentdən Ağdamla bağlı sərəncamPrezidentdən Ağdamla bağlı sərəncamMübariz Qurbanlı: Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"Maşınla vurulan 15 yaşlı qız ölüb - AğdamdaMaşınla vurulan 15 yaşlı qız ölüb - AğdamdaKürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEOKürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEOBərdədə  köçkünlərin  su  problemiBərdədə köçkünlərin su problemiSumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)Sumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)Şəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTOŞəhid Hüseyn Əkbərli dəfn olundu – VİDEO + FOTOAğdamın işğalından 24 il keçir - FOTOLARAğdamın işğalından 24 il keçir - FOTOLARNazirlik ekologiyanı korlayanları CƏRİMƏLƏDİNazirlik ekologiyanı korlayanları CƏRİMƏLƏDİBakıda dava: bir nəfər güllələndi – VİDEOBakıda dava: bir nəfər güllələndi – VİDEOPrezident jurnalistlər üçün tikilən yeni binadaPrezident jurnalistlər üçün tikilən yeni binadaZəhra son mənzilə yola salındı - Alxanlıdan FOTOLARZəhra son mənzilə yola salındı - Alxanlıdan FOTOLARHeydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLARHeydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLARHərbi parad zamanı tank işıq dirəyinə çırpıldı - VİDEOHərbi parad zamanı tank işıq dirəyinə çırpıldı - VİDEOXalq artisti Qəndab Quliyeva vəfat etdiXalq artisti Qəndab Quliyeva vəfat etdiİlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıbİlham Əliyev Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıbİlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edibİlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edibBakıda biznes mərkəzində faciə: ölən varBakıda biznes mərkəzində faciə: ölən varPrezident  sərəncam  imzaladıPrezident sərəncam imzaladıİyunun 23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı.İyunun 23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı.25-26 iyunda gözlənilən hava şəraiti25-26 iyunda gözlənilən hava şəraitiİlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edibİlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edibBakıda yolu nazlana-nazlana keçən qızı qatar belə vurdu - Həmin anın VİDEOSUBakıda yolu nazlana-nazlana keçən qızı qatar belə vurdu - Həmin anın VİDEOSUQarpız üçün bazara gedənlərin nəzərinə: Ehtiyatlı olun – VİDEOQarpız üçün bazara gedənlərin nəzərinə: Ehtiyatlı olun – VİDEOPrezident  İlham  Əliyev  Şirvan şəhərinə səfər  edibPrezident İlham Əliyev Şirvan şəhərinə səfər edibI vitse-prezidentdən şəhidin krediti məsələsinə reaksiya - Borc bağlandıI vitse-prezidentdən şəhidin krediti məsələsinə reaksiya - Borc bağlandı23 iyunda gözlənilən hava şəraiti23 iyunda gözlənilən hava şəraitiAzərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərAzərbaycan və Moldova prezidentləri mətbuata bəyanatlarla çıxış ediblərİlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olubİlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olubBakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumatBakıda televiziya ofisinə silahlı basqınla bağlı rəsmi məlumatAleksandr Lapşinin məhkəməsi başlayıbAleksandr Lapşinin məhkəməsi başlayıb“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıbİxtisas  seçimin   nəticələri  açıqlandıİxtisas seçimin nəticələri açıqlandıDaha bir məşhur futbolçu həbs olunduDaha bir məşhur futbolçu həbs olundu
» » Zakir Həsənov: Ordumuz əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq

Zakir Həsənov: Ordumuz əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq

24-06-2017, 13:46
Müəllif: piartvaz
Baxılıb: 53
Şərh: 0
Çap üçün
 





















Piartv.com  istinadən  xəbər   verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslara ünvanlanmış məktubda 26 iyun – Silahlı Qüvvələr Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edilir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulanır: “İnsanlara mənəvi paklıq, təmizlik, mərhəmət, halallıq kimi ən yüksək əxlaqi hisslər aşılayan Ramazan bayramının yüksək səviyyədə qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi böyük dəyərin bariz nümunəsidir.
Silahlı Qüvvələrimiz 99-cu ildönümünü böyük ruh yüksəkliyi ilə, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qeyd edir. Ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir”.
Məktubda bildirilir ki, istənilən iqlim şəraitində keçirilən genişmiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir: “Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də, hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır. Ordumuz əvvəllər olduğu kimi, 2016-cı ilin aprel ayında da düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını azad etməyə qadir olduğunu, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi.
Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıram. Əmin olduğumu bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaq. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.
Şərh yazın
Adınız: *
E-mail: *
Mətn:
Kod: Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu daxil edin: