DataLife Engine > Gündəm / Manşet > ''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənir

''OVÇULAR''ın məhsulları xüsusi dadı və keyfiyyəti ilə fərqlənir


4-02-2018, 20:11. Разместил: piartvaz
Son zamanlar kütləvi informasiya vasitələrində halal məhsulları ilə bağlı müxtəlif ziddiyyətli fikirlər söylənilir. 2007-ci ilin donuz üzərində təhvil olmasını düşünənlər və bunu qəbul edənlər yadımıza düşdü. Hətta televiziya kanallarının birində dövlət rəsmilərimizin donuza bəh-bəhlə bəy tərifi yağdırması da çoxlarınızın yadındadır. Aparıcı isə donuz balasını elə qucaqlamışdı ki, sanki əziz adamını görmüşdü. Heyrət! O zaman bəzi iş adamlarının “kolbasanın tərkibində 50% donuz əti olmasa o qalmaz” kimi fikirləri halal məhsul istehsalçılarının imicinə zərbə oldu və demək olar həmin zamandan bir qığılcım yarandı. Həmin qığılcım da, təəssüf ki, bəzi KİV-lərimiz vasitəsilə alova dönür...
Ölkənin “Ovcular” kolbasa məmulatları istehsalçılarından olan şirkətinə üz tutmaqda məqsədimiz bu məsələyə aydınlıq gətirmək idi. Şirkətin rəhbərliyinin “həmişə qapılarımız istənilən istehlakçının üzünə açıqdır. Gəlin, hallalığı gözlərinizlə görün”, - ifadəsini eşitmişdik.
Azərbaycanda kolbasa və sosislər çox istehlak olunan məhsullardandır. Xüsusilə də manqal qüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir.
Bir neçə vaxtdır ölkə mətbuatında Azərbaycanın ən böyük ət və ət məhsulları istehsalçısı olan ''Ovçular'' kolbasaları haqqında böhtan xarakterli iddialar öz əksini tapırdı.
Hətta şirkətin əti hardan və ətin kəsimi ilə bağlı həqiqətə sığmıyan yalanlar yayılırdı.
Yayılan bu məlumatlara aydınlıq gətirmək üçün biz də Pressdent.az saytı olaraq bir araşdırma etmək qərarına gəldik.Gördüklerimiz,yazılanların tam əksi oldu. “Ovçular” kolbasalarının hazırlandığı məkandan etdiyimiz reportajı təqdim edirik.
Ölkənin müxtəlif heyvandarlıq rayonlarından gətirilən iri buynuzlu mal-qaranın saxlanıldığı yerdən başlanan tanışlıq kəsim sexi ilə davam edir.Burada heyvanlar islam qayda -qanunlarına uyğun olaraq əllə kəsilir.Kəsilən heyvanların dərisi soyularaq asılmış vəziyyətdə bir neçə saat saxlanılır. Bu müddətdə xüsusi mütəxəssislər tərəfindən ətdən analizlər götrülür və heyvanın sağlam olub-olmaması bir daha yoxlanılır. +8 dərəcədə ət soyulduqdan sonra,-24 dərəcədə şoklama,yəni dondurulma-ehtiyat anbarlarına yığılır.Daha sonra ətin sümükdən ayrılması,farş halına gətirilməsi,qablaşdırılması və bişirilməsi həyata keçirilir. və nəticədə bir çoxlarının sevdiyi külləmə servilat və s. müxtəlif növ qəlyanaltı kolbasa və sosis məhsulları piştaxtalara yol alır.
Azərbaycanın qida sektorunda öz keyfiyyəti ilə seçilən “Ovçular” şirkətinin rəhbərliyi Babək prospektində yerləşən istehsalat zavodunun qapıları hər zaman siz müştərilər üçün açıqdır. Gəlin, hallalığımızı gözlərinizlə görün”.
”Ovçular” ailəsində bugün müxtəlif sahələr üzrə 150-yə yaxın yüksək ixtisaslı mütəxəssis çalışır.İki sahədə – kolbasa və sosis məhsullarının istehsalı ilə məşğul olan şirkətə istehsal üçün əsas xammal məhsulları Azərbaycanın səfalı bölgələrindən gətirilir. İslam qanunları əsasında hazırlanan, ekolojı təmiz, yüksək keyfiyyətli “Ovçular” kolbasa və sosislərr məhsulları öz alıcılarına beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngin olan məhsullar təqdim edir.
Şirkətin avadanlıqları isə Almaniyadan gətirilib. Bu kəsim yerində standartlara müəyyənləşdirilib.Kəsim prossesində baytar həkim də iştirak edir.Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçendən sonra kəsmə göndərilir.kəsilmiş ətlər də növbəti müayinədən keçirilir.Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götrülüb,laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır.

Fuad Əliyev
Pressdent.az xəbər portalının rəhbəri



Вернуться назад