DataLife Engine > Hadisə / Video / Manşet / Seçilmiş > Sumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)

Sumqayıtda yataqxanada yanğın - Tüstüdən zəhərlənənlər xəstəxanaya çatdırılıb (FOTO+VIDEO)


5-08-2017, 22:01. Разместил: piartvaz
piartv.com  xeberle.com-a istinadən  xəbər  verir  ki, Sumqayıtda yanğın hadisəsi olub. 44-cü məhəllə, Ağa Quliyev küçəsi - Sumqayıt Dövlət Universitetinin arxasında məcburi köçkünlərin yaşadığı yataqxananın əvvəlcə 5-ci mərtəbəsində yanğın baş verib. Hadisə zamanı 114 ailənin yaşadığı binadan 40 nəfər təxliyyə olunub. Onlardan 8-i yerli, qalanı isə məcburi köçkün ailələrindən olub. Yanğın yerində olan əməkdaşımızın verdiyi məlumata görə hadisə zamanı yataqxana sakinləri arasında xəsarət alanlar və zəhərlənənlər olub. 5 sakin Sumqayıt şəhər 1 saylı Təcili Tibbi Xəstaxanasına yerləşdirilib. Daha 5 nəfər də səhhətində yaranan problemlərə görə, sonradan özləri xəstəxanaya müraciət ediblər. Əraziyə FHN-nin çox sayda yanğınsöndürən maşını cəlb olunub. Xeberle.com-un məlumatına görə, artıq yanğının qarşısı alınıb. Xoşbəxtlikdən ölən olmayıb.   


 



Вернуться назад