DataLife Engine > İdman / Manşet > Daha bir məşhur futbolçu həbs olundu

Daha bir məşhur futbolçu həbs olundu


21-06-2017, 18:23. Разместил: piartvaz
 
Fransanın PSJ klubunun argentinalı futbolçusu Anhel Di Maria 1 il həbs cəzasına məhkum edilib.                                     Piartv.com   Axar.az-a   istinadən  verdiyi  xəbərə   görə 
 
Di Maria vergidən yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Onun bu cinayətləri “Real Madrid”də oynadığı dönəmdə törətdiyi iddia edilir.
 
29 yaşlı futbolçu 1,7 milyon avro köçürməklə həbs cəzasının təxirə salınması üçün müraciət edəcək.
 
İspaniya qanunlarına görə, Di Marianın cəzası 24 aydan az olduğu üçün o, həbsdə yatmaya bilər, ancaq cərimə ödəməlidir.
 
Qeyd edək ki, Kristiano Ronaldo və Messi kimi ulduzların da həbs cəzası alması gündəmdədir.

Вернуться назад