DataLife Engine > İdman / Manşet > Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLAR

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi - FOTOLAR


26-06-2017, 19:16. Разместил: piartvaz   










Piartv.com    moderator.az-a istinadən xəbər   verir ki,  İyunun 25-də Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.
Turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib.İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb.
Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və “Ağ At” şahmat klubunun müəllimləri nəzarət edib.

Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov.
Qaliblər sertifikat və medallarla təltif olunub.
Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir. 



 


Вернуться назад