DataLife Engine > Kriminal / Hadisə / Video / Manşet / Seçilmiş > Kürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEO

Kürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb-VİDEO


17-09-2017, 22:38. Разместил: piartvaz  






Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
 
Piartv.com  APA-nın yerli bürosuna  istinadən verdiyi  xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb.
 
Bakı şəhərinin  Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşınının idarəetmədən çıxaraq səkiyə çırpılıb.  Nəticədə sürücünün 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov və maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
 Həkimlərin səyinə  baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.



Вернуться назад